CAR-da turizm

Cənubi Afrikada turizm — Cənubi Afrika, Afrikanın qitəsində ən məşhur tətil istiqamətlərindən biridir.Cənubi Afrikada turizm və sənaye ölkə gəlirinin əsasını təşkil edir. Dünya səyahət və turizm şurasının World Travel & Tourism Council məlumatına görə, 2012-ci ildə turizm sənayesi birbaşa Cənubi Afrika ÜDM-ə 102 milyard ZAR gətirib və ölkədə iş yerlərinin 10,3% -ni təşkil edir. Cənubi Afrika yerli və beynəlxalq turistlərə müxtəlif variantları təklif edir, bura mənzərəli təbii landşaft, təbiət qoruğu, tarixi mədəni irs, yüksək qiymətləndirilmiş şərablar və s. daxildir. Xüsusilə də su idmanı üçün həyəcan verən gözəl çimərliklər də tapa bilərsiniz. Ən məşhur turistik istiqamətlərə ölkənin şimalında geniş Kruger National park , sahil xəttləri və çimərliklərlə Qərbi Burun vilayətiKvazulu-Natal vilayəti, Keyptaun, YohannesburqDurban kimi iri şəhərləri daxildir.Turizm xüsusilə 20-ci əsrdən sonra Cənubi Afrika Respublikası üçün vacib yer tutur. Aparteid dövrünün sona çatmasından sonra ölkədə qalxan embarqolarının təsiri ilə xaricdən gələn turistlər ölkə üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilmişdir.2002-ci ilin məlumatlarına əsasən, sözügedən ildə ölkədə 6 milyon turist cəlb olunduğu bildirilir. Cənubi Afrikanın son Turizm və Miqrasiya Araşdırması statistikasına görə, 2017-ci ilin avqustunda ölkəyə daxil olan limanlardan təxminən 3,5 milyon turist keçmişdir. Ölkədə çalışan əhalinin 3% -i turizm sektorunda işləyir. Ölkənin sahil xətti təxminən 2,500 kilometr; Cənub Afrika Atlantik Okeanı və Hind Okeanı ilə həmsərhəddir. Dünyanın hər yerindən gələn insanlar Cənubi Afrikaya köçmək qərarına gəlməyəcəklər. Burada ən müxtəlif mədəniyyətlər bir yerdə yaşayır — Cənubi Afrika bu səbəbdən də "göy qurşağı xalqı" kimi tanınır. Cənubi Afrikaya daxil olan çox sayda turist 5 nəhəng ölkədən ABŞ, Böyük Britaniya, Almaniya,NiderlandFransadandır. Cənubi Afrikaya gələn tursitlərin böyük əksəriyyəti SADC ölkələri təşkil etməkdədir, Zimbabve bu siyahıya 31%- lə başçılıq edir daha sonra Lesoto, Mozambik, EsvatiniBotsvana. Bundan əlavə, Nigeriya Cənubi Afrikaya gələn turistlərin təxminən 30% -i üçün mənşə ölkəsidir. 2010-cu ildə Cənubi Afrikada futbol dünyası kuboku keçirilib, bu da ölkədə turizmi artırdı.

Cənubi Afrika

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search